Sabirabadda avtomobil kanala aşdı, 2 nəfər öldü

   Sabirabadda avtomobil kanala aşdı,    2 nəfər öldü
  06 Noyabr 2022    Oxunub:433
Sabirabadda avtomobil kanala aşıb, 2 nəfər ölüb.
AzVision.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil kanala aşıb. Nəticədə 2 nəfər suda boğulub, 3 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az

Teqlər:







Xəbər lenti