Mask: "Twitter ən dəqiq informasiya mənbəyi olmalıdır"

      Mask:    "Twitter ən dəqiq informasiya mənbəyi olmalıdır"
  07 Noyabr 2022    Oxunub:543
"Twitter"in yeni sahibi İlon Mask söz azadlığına sadiq olduğunu və sosial şəbəkəni ən dəqiq məlumat mənbəyinə çevirmək niyyətində olduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, Mask bu barədə bir neçə tvit yazıb.

“Twitter" dünyada ən dəqiq informasiha mənbəyi olmalıdır. Bu, bizim missiyamızdır. Mənim söz azadlığına sadiqliyim, hətta şəxsi təhlükəsizliyimə birbaşa təhlükə yaratsa da, təyyarəmi izləyən hesabı qadağan etməməyimə də aiddir”, - deyə o vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti