Son sutkada 38 nəfər koronavirusa yoluxub

   Son sutkada 38 nəfər koronavirusa yoluxub
  08 Noyabr 2022    Oxunub:233
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 38 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 823 577 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 354 nəfər müalicə olunaraq sağalıb, hazırda 266 aktiv xəstə var. Bu günə qədər 9 957 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2375, bu günə qədər isə ümumilikdə 7 336 115 test icra olunub.

AzVision.az

Teqlər:







Xəbər lenti