“Harada qalmışdıq?”- Zəfər Günü ilə bağlı maraqlı videoçarx

      “Harada qalmışdıq?”-    Zəfər Günü ilə bağlı maraqlı videoçarx
  08 Noyabr 2022    Oxunub:914
“Azərlotereya” ASC 8 noyabr - Zəfər Gününün ikinci ildönümü münasibətilə xüsusi videoçarx hazırlayıb.
AzVision.az xəbər verir ki, “ Harada qalmışdıq? ” ideyası ilə hazırlanan film qazanılan böyük Zəfərdən sonra Qarabağda canlanan həyatı özündə əks etdirir. Qəhrəman “Qaçqın şəhərciyi”ndən Ağdamda açılan ilk məktəbdə dərsə gedən müəllimdir. Film onun sinif otağına daxil olduqdan sonrasanki aradan 30 il keçməyibmiş kimi Qarabağda həyatın qaldığı yerdən davam etdiyinə işarə edən “Harada qalmışdıq?” sualı üzərində qurulur.

Müəllimin vətən torpağına gedən yolda qururla, başı dik şəkildə və mətin addımlarla irəliləməsi vətən sevgisinin böyük təzahürü kimi təqdim olunur. Şərəflə və zəfər eşqi ilə böyüyən övladlarımızla parlaq gələcəyin bizi gözlədiyi vurğulanır.

Sözügedən videoçarxı təqdim edirik:



AzVision.az



Teqlər: Zəfər-Günü  





Xəbər lenti