Mane 2022-ci il dünya çempionatını buraxacaq

 Mane 2022-ci il dünya çempionatını buraxacaq
  09 Noyabr 2022    Oxunub:262
“Bavariya”nın və Seneqal yığmasının hücumçusu Sadio Mane 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatında oynamayacaq.
Bu barədə Fransanın “L'Equipe” nəşri məlumat yayıb. Mənbə bildirib ki, hücumçunun Almaniya Bundesliqasında “Verder”lə matçın (6:1) 15-ci dəqiqəsində aldığı zədə çox ciddi olub. Ona görə də Manenin dünya çempionatının sonuna kimi müalicəsi davam edəcək.

İlkin diaqnostika göstərib ki, Manenin ayağı yüngül zərbə aldığı üçün dartınma olub, lakin sonradan seneqallının vətərinin zədələndiyi aşkarlanıb. Orta hesabla, belə bir zədə bir neçə həftə ərzində sağalır.

Xatırladaq ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Turnirin açılış oyununda meydan sahibləri Ekvador millisini qəbul edəcək.

AzVision.az

Teqlər:







Xəbər lenti