USAİD Gürcüstanda təhsil üçün 14 milyon dollar ayırır

USAİD Gürcüstanda təhsil üçün 14 milyon dollar ayırır
  09 Noyabr 2022    Oxunub:703
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Gələcək üçün Təhsil Proqramı çərçivəsində Gürcüstanda ümumi təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün 14 milyon dollara qədər vəsait ayırmaq niyyətindədir.
USAİD mütəxəssislərinin fikrincə, ölkədə təhsilin keyfiyyəti regionun digər orta gəlirli ölkələri ilə müqayisədə aşağıdır. Tədbirlər ilkin müəllim hazırlığı proqramlarının keyfiyyətinin yaxşılaşdırılmasında, məktəb rəhbərlərinin təhsil prosesində lider kimi potensialının artırılmasında, eləcə də mərkəzsizləşdirmə siyasətinin həyata keçirilməsinin effektivliyinin yüksəldilməsində Gürcüstan hökumətinə dəstək olmağa yönəldiləcək.

Bundan başqa, amerikalı ekspertlərin fikrincə, gürcü məktəblərində gender stereotipləri üstünlük təşkil edir.

AzVision.az


Teqlər:





Xəbər lenti