"ABŞ Kiyevə “Grey Eagle” verməkdən imtina edib" - The Wall Street Journal

   "ABŞ Kiyevə “Grey Eagle” verməkdən imtina edib" -    The Wall Street Journal
  10 Noyabr 2022    Oxunub:1067
ABŞ Ukraynaya "Grey Eagle MQ-1C" pilotsuz təyyarələri verməyəcək. Co Baydenin administrasiyası hesab edir ki, bu cür yardım münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Məqalə müəllifi qeyd edir ki, Konqres üzvləri Bayden administrasiyasını “Grey Eagle MQ-1C” də daxil olmaqla, orta hündürlükdə uçan silahlı dronları Ukraynaya verməyə çağırıb. Nəşrə açıqlama verən mənbə bu məsələ ilə bağlı müsbət qərar qəbul edilmədiyini deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: PUA   ABŞ  





Xəbər lenti