İranın zəhərli “Səhər” telekanalıda Azərbaycana qarşı təxribat - VİDEO

   İranın zəhərli “Səhər” telekanalıda Azərbaycana qarşı təxribat -    VİDEO
  10 Noyabr 2022    Oxunub:2066
İranın nifrət aşılamaqla məşğul olan “Səhər TV” kanalının aparıcıları Azərbaycan xalqına qarşı hədyan səsləndirməklə yanaşı, Azərbaycan Respublikasına qarşı ərazi iddiaları irəli sürüblər.
Bu anti-Azərbaycan kanalının verilişində Şimali Azərbaycanın bütün şəhərləri İranın bir hissəsi adlandırılır.

Belə ki, qadın aparıcı Naxçıvandan tutmuş Bakıya və Gəncəyə qədər bütün şəhərlərin guya İranın şimal hissəsinə aid olduğunu iddia edib.

Verilişin kişi aparıcısı isə Azərbaycan şairi Nizami Gəncəviyə aid olduğu deyilən şeiri oxuyur, baxmayaraq ki, bu misraların həqiqiliyi ekspertlər tərəfindən şübhə altına alınır. Çünki, ümumiyyətlə ,Nizaminin yaşadığı dövrdə İran adında bir ölkə yox idi və o, əsrlər sonra yaranıb.



AzVision.az



Teqlər:





Xəbər lenti