"Qaldığım evdə 30 il yaşayış olmayıb" - Şuşa polisi

   "Qaldığım evdə 30 il yaşayış olmayıb" -    Şuşa polisi
  11 Noyabr 2022    Oxunub:421
Baku TV-nin əməkdaşı Şuşa şəhərində polis kimi xidmət göstərən Cəlal Kərimovun qonağı olub.
O, Şuşada anası, həyat yoldaşı və qızı ilə birlikdə yaşayır. “Ailəmi 10 gündür gətirmişəm. Özüm əvvəldən burada idim. Şərait qurandan sonra ailəmi də Şuşaya gətirmək qərarına gəldim”, - deyə C.Kazımov qeyd edib.

Şuşada doğulan polis leytenantının sözlərinə görə, əvvəllər Bakıda mühafizə polisində çalışıb, daha sonra isə könüllü olaraq Şuşa polisində xidmətə başlayıb. Onların hazırda yaşadığı evdə 30 il ərzində yaşayış olmayıb. Ailənin balaca üzvü Nilayın bir yaşı da elə burada qeyd edilib.

Şuşada yaşamaqdan qürur duyduğunu deyən ailə günlərinin necə keçməsindən də bəhs edib.



AzVision.az

Teqlər:







Xəbər lenti