"ABŞ Ukraynada hava hücumundan müdafiə şəbəkəsi yaradır" - Pentaqon

   "ABŞ Ukraynada hava hücumundan müdafiə şəbəkəsi yaradır" -    Pentaqon
  11 Noyabr 2022    Oxunub:644
Vaşinqton Ukraynaya müxtəlif diapazonlu hava hücumundan müdafiə sistemləri şəbəkəsinin yaradılmasında kömək etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Sabrina Sinqx brifinq zamanı deyib.

O qeyd edib ki, Ukraynaya tədarük edilən hava hücumundan müdafiə qurğuları müxtəlif əməliyyat diapazonlarına malikdir: "Onların hamısı döyüş meydanında öz töhfələrini verir və bu da ukraynalılar üçün effektlidir. Biz Kiyevə verdiyimiz bəzi sistemlərin uğurlu olmasını görürük və demək istəyirəm ki, əsasən bir sistem qururuq. Hava Hücumundan Müdafiəs sistemi şəbəkəsi müxtəlif diapazonludur və bu da onlara istənilən tapşırığı yerinə yetirməyə imkan verir”, - Sinq vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Pentaqon  





Xəbər lenti