Azyaşlıların siçan dərmanından ölməsinin təfərrüatı: "15 dəqiqəyə keçiniblər"
Mətbəxdə oynayarkən siyirmədə siçan zəhərini marmelad bilib yeyiblər. Bundan sonra uşaqlara yuxu gəlib və analarına yatmaq istədiklərini deyiblər. Gəlinim də onları yataq otağına apararaq yerlərinə uzandırıb. Təxminən 15 dəqiqə sonra yataq otağına qayıtdıqda uşaqlardan birinin ağzından köpük, o birinin ağzından qan gəldiyini görüb. İkisinin də bədəni artıq soyuyubmuş, çölə çıxıb haray salıb, uşaqları xəstəxanaya çatdırsalar da, artıq vəfat etdikləri məlum olub”.
Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
AzVision.az
Teqlər: