Aİ ilə ASEAN arasında daha sıx əməkdaşlıq olacaq - Şarl Mişel

 Aİ ilə ASEAN arasında daha sıx əməkdaşlıq olacaq -  Şarl Mişel
  12 Noyabr 2022    Oxunub:298
Avropa İttifaqı Cənub-Şərqi Asiya ölkələri liderlərinin zirvə toplantısı çərçivəsində ASEAN ölkələri ilə daha sıx əməkdaşlıq istiqamətində tarixi addımlar atır.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə qeyd edib.

"Məni Pnompendə Şərqi Asiya sammitində çıxışa dəvət etdiyinə görə Baş nazir Hun Senə təşəkkür edirəm. Biz Kamboca və bütövlükdə regionla əlaqələri yaxşılaşdırmaq üçün çox çalışırıq", - Mişel bildirib.

Qeyd edək ki, ASEAN liderlərinin sammiti 8-13 noyabr 2022-ci il tarixlərində Pnompendə “Problemləri birlikdə həll edin” devizi altında keçirilir.

AzVision.az

Teqlər:   ASEAN  







Xəbər lenti