“Şarl de Qoll” hava limanında 18 il yaşayan iranlı qaçqın dünyasını dəyişib

   “Şarl de Qoll” hava limanında 18 il yaşayan iranlı qaçqın dünyasını dəyişib
  13 Noyabr 2022    Oxunub:309
Parisdə Şarl de Qoll hava limanının F terminalında “Terminal” filminin baş qəhrəmanının prototipinə çevrilmiş iranlı qaçqın Meran Kərimi Nəsri dünyasını dəyişib. Naserinin ölümü barədə TASS hava limanının nümayəndəsinə istinadən xəbər verir.
Mehran Kərimi Nasseri noyabrın 12-də günorta saatlarında Terminal 2F-də ürək tutmasından vəfat edib. Polis və tibb işçilərinin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

1945-ci ildə doğulduğu güman edilən Kərimi Nasseri 1988-2006-cı illərdə “Şarl de Qoll” hava limanının I Terminalında yaşayıb. Aeroport sözçüsünün sözlərinə görə, o, son həftələrdə yenidən hava limanında yaşayırmış.

AzVision.az

Teqlər:







Xəbər lenti