"Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm" - Renat Dadaşov

   "Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm" -    Renat Dadaşov
  13 Noyabr 2022    Oxunub:235
"Qələbəyə görə çox çalışdıq. Çətin həftələrdən sonra biz buna inanmağı dayandırmadıq. Bütün klub üçün xoşbəxtəm. İndi bütün diqqətimi milli komandaya yönəldəcəyəm".
AzVision.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Qrasshopper"in futbolçusu Renat Dadaşov İsveçrə çempionatının 16-cı turunda "Bazel"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Millimizin üzvü sözügedən görüşdə komandasının qələbə qolunun müəllifi olub. O, "Bazel"lə matçda yaxşı müdafiə olunduqlarını söyləyib: "Hər oyuna mübarizə aparmaq üçün çıxırıq. Ən vacib matçlarımızdan biri bu idi. Qarşılaşmanın əhəmiyyətini dərk edirdik və məhz bu səbəbdən 3 xal qazandıq. Mövsümün ilk yarısında çoxlu eniş-yoxuşlarımız oldu. Amma indi 20 xal toplamışıq. Nə yuxarıdayıq, nə də aşağıda. İndi beynimizi təmizləmək və dekabrda yenidən tam gücümüzlə işləmək vaxtıdır".

Qeyd edək ki, millimiz noyabrın 16-ı Moldova, noyabrın 20-i Şimali Makedoniya yoxlama görüşləri keçirəcək.

AzVision.az

Teqlər:







Xəbər lenti