Koronavirusa yoluxanların sayı 635 milyonu ötüb

   Koronavirusa yoluxanların sayı 635 milyonu ötüb
  14 Noyabr 2022    Oxunub:217
Dünyada koronavirusa yoluxanların sayı 635 162 225 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur. Virusun yayıldığı gündən indiyədək 6 610 129 nəfər COVID-19-dan dünyasını dəyişib. 30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya var.

Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

AzVision.az

Teqlər:







Xəbər lenti