Fransız zabit: “Makron təhdidlərlə fransızları qorxudur”

      Fransız zabit:    “Makron təhdidlərlə fransızları qorxudur”
  14 Noyabr 2022    Oxunub:604
Fransa Hərbi Hava Qüvvələrinin keçmiş zabiti Emmanuel Qofi hesab edir ki, Fransa prezidenti Emmanuel Makron müdafiə xərclərinə ehtiyacı əsaslandırmaq üçün öz xalqını xarici təhdidlərlə və qlobal problemlərlə qorxutmağa çalışır.
AzVision.az xəbər verir ki, noyabrın 9-da Makron Ukraynadakı münaqişə fonunda müdafiə sənayesi və iqtisadiyyatı səfərbər etməyə çağırıb. Bundan əlavə, o, Saheldə “Bərxan” antiterror əməliyyatının başa çatdığını elan edib və bildirib ki, Paris Afrikada hərbi mövcudluğu üçün yeni format üzrə tərəfdaşlarla danışıqlar aparır.

Keçmiş zabit bildirib ki, Makronun çıxışı və müdafiə strategiyası heç kəsi maraqlandırmır, fransızların əksəriyyəti bu məsələlər barədə düşünmür, onları yalnız Rusiya ilə Ukrayna arasında münaqişənin mümkün nəticələrindən, daha dəqiq desək işıq, qaz, yanacağın qiymətlərinin qalxması narahat edir.

“Və ümumiyyətlə, fransızları Fransanın Saheldəki hərbi məsələləri və hərbi öhdəlikləri maraqlandırmır. Bunu insanların ölkənin müdafiə səylərində iştiraka daha çox həvəsləndirilməsinin zəruriliyindən danışan Makronun sözləri də təsdiq edir”.

Onun sözlərinə görə, fransızlar ümumilikdə siyasət və ordu suallarından uzaqlaşmağa çalışırlar, Makronun danışdığı qlobal dəyişikliklərlə bağlı suallar onlarda qorxu yaradır.

AzVision.az


Teqlər:





Xəbər lenti