Müharibə Araşdırmaları İnstitutundan Ukraynaya xəbərdarlıq

   Müharibə Araşdırmaları İnstitutundan Ukraynaya xəbərdarlıq
  15 Noyabr 2022    Oxunub:868
Rusiya qoşunları Xerson vilayətinin bir hissəsindən geri çəkildikdən sonra Donetsk vilayətinə yenidən qoşun yeridəcək.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb. İnstitutun analitikləri qeyd edirlər ki, bu səbəbdən regionun qərbində, Baxmut və Donetsk ətrafında hərbi əməliyyatlar daha da intensivləşə bilər.

Xerson uğursuzluğundan sonra diqqət Donbasa yönələcək - ISW
“Rusiya qüvvələrinin yaxın günlərdə və həftələrdə bu ərazilərdə uğur qazanacağı güman edilir. Lakin bu uğurların hansısa mühüm əməliyyat baxımından əhəmiyyətli olması ehtimalı azdır”, - hesabatda qeyd olunur.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun sözçüsü Sergey Çerevatı Donbassda ən şiddətli döyüşlərin getdiyini bildirib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri yayın sonlarından başlayaraq bir sıra ərazilərdə əks-hücum əməliyyatlarına başlayıb. Ukrayna ordusu, xüsusən də Xerson vilayətində xeyli irəliləyə bilib. Kiyev oktyabrın sonunadək 80-dən çox yaşayış məntəqəsini azad edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti