"Misir Mərdanov cavab verilməyə layiq deyil" - Ramiz Mehdiyev

 "Misir Mərdanov cavab verilməyə layiq deyil" -  Ramiz Mehdiyev
  15 Noyabr 2022    Oxunub:481
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev sabiq təhsil naziri Misir Mərdanovun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
R. Mehdiyev "Unikal"a açıqlamasında bunları deyib:

"Bilirsiniz, mən bu məsələlərə cavab vermək istəmirəm. Çünki, o, buna layiq olan adam deyil", - deyə o qeyd edib.

***
“Dövlət başçısının fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının humanitar institutlarından ibarət akademiya quruldu və bura yeni prezident seçildi. Mən də seçkilərə şəxsən qatıldım və yeni prezidenti təbrik etdim. AMEA-nın digər institutuları isə Elm və Təhsil Nazirliyinə bağlıdır. Məncə, bu istiqamətdə işlər davam edəcək”.

AzVision.az Reyting.az-a istinadən xəbər verir ki, bunu keçmiş təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev bir müddət bu elm ocağında prezident vəzifəsini daşıyıb, lakin bu müddətdə heç bir inkişaf və irəliləyiş baş verməyib. M. Mərdanov iddia edir ki, R. Mehdiyev AMEA-nı geriyə sürükləyib.

M. Mərdanov əlavə edib ki, R. Mehdiyevin qabiliyyəti ancaq buna çatardı: “Hamı bunu bilir, o cümlədən də mən. Yeri gəlmişkən, bir zaman mən rəsmi şəkildə onu tənqid etmişəm. Ramiz Mehdiyev Azərbaycan üçün heç vaxt xeyir gətirəsi şəxs olmayıb. Hətta Prezident Administrasiyasında işlədiyi dövrdə də. Mən onu çox yaxşı tanıyıram. Əvvəl Mərkəzi Komitənin katibi olub. Amma heç bir vaxt Azərbaycana xeyir verməyib. Bilirsinizmi, onun ailəsi belə azərbaycanlı deyil. Ondan nə gözləyəsən?”

Sabiq nazir diqqətə çatdırıb ki, R. Mehdiyev dəfələrlə ona problem yaratmağa çalışıb: “Söhbət dəfələrlədən gedir. Bəli, problem yaradıb və buna nail olub”.

M. Mərdanov qeyd edib ki, Ramiz Mehdiyev AMEA-ya prezident gələn gündən onunla əks cəbhədə olub.

AzVision.az

Teqlər:







Xəbər lenti