Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib

   Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib
  15 Noyabr 2022    Oxunub:437
Noyabrın 14-15-də Dərbənd şəhərində Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 12-ci iclası keçirilib.
Bu barədə AzVision.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. İclasda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2022-ci il üzrə planlaşdırılan bütün tədbirlərinin uğurla yerinə yetirildiyi bəyan edilib, Azərbaycan və Rusiya arasında dövlət sərhədinin beynəlxalq hüquqi rəsmiləşdirilməsi üzrə işlər barədə müzakirə aparılıb, habelə Komissiyanın 2023-cü il üçün iş planına baxılıb və təsdiq edilib.

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq ruhunda keçirilib. Birgə Komissiyanın növbəti iclasının keçirilmə məkanı və tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti