"Buzovna kitabxanası ilə bağlı tender elan olunub" - Nazirlik

   "Buzovna kitabxanası ilə bağlı tender elan olunub" -    Nazirlik
  15 Noyabr 2022    Oxunub:244
“Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayonu M.Əzizbəyov adına Buzovna kitabxanası ilə bağlı qüsur aktı tərtib edib və tender elan olunub”.
Bu barədə AzVision.az -a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, sözügedən problemlə bağlı nazirlik əvvəlcədən məlumatlıdır: “Tender prosesi yekunlaşdıqdan sonra müəssisədə təmir bərpa işlərinə başlanacaq”.

Xatırladaq ki, bir neçə gündür, sosial şəbəkələrdə Xəzər rayonu M.Əzizbəyov adına Buzovna kitabxanasının təmirsiz vəziyyəti müzakirə olunur.

AzVision.az

Teqlər:







Xəbər lenti