"Tərtər işi" ilə bağlı daha 6 nəfərin həbs müddəti uzadıldı

 "Tərtər işi" ilə bağlı daha 6 nəfərin həbs müddəti uzadıldı
  16 Noyabr 2022    Oxunub:593
"Tərtər işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş altı nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
AzVision.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində bununla bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Prosesdə vəsatət təmin olunub və məhkəmə qərarı elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslər - Rəşid Niftəliyev, Ruslan Mikayılov, Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və İntiqam Məmmədovun hər birinin barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qəbul edilən qərarlarla aparılan istintaq zamanı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsirləndirlilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham verilərkən barələrində həbs qətimkan tədbiri seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti