DTX əməliyyat keçirdi - Saxlanılan var

   DTX əməliyyat keçirdi -    Saxlanılan var
  16 Noyabr 2022    Oxunub:1839
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Beyləqanda əməliyyat keçirib.
AzVision.az xəbər verir ki, əməliyyat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsində baş tutub.

Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir. Məlumata görə, saxlanılan şəxslərdən biri İdarənin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyevdir.

Qeyd edək ki, xəbəri ilk olaraq "bakupost.az" saytı yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti