Ukraynada daha 3 azərbaycanlı həlak olub - Biri hərbçidir

   Ukraynada daha 3 azərbaycanlı həlak olub -    Biri hərbçidir
  16 Noyabr 2022    Oxunub:685
Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub.
Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik leytenantı Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub.

Bundan başqa, Ukraynanın Xerson vilayətinin hələki işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olub. Ölən gənclərin yaxınları ərazinin hələlik Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyib. (Report)

AzVision.az



Teqlər:





Xəbər lenti