Ermənistanda hərbçilər qəzaya düşdü - 1 ölü, 7 yaralı

   Ermənistanda hərbçilər qəzaya düşdü -    1 ölü, 7 yaralı
  16 Noyabr 2022    Oxunub:426
Ermənistanda hərbçi yol qəzasında ölüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 16-da saat 09:50 radələrində Ermənistan Müdafiə Nazirliyinin “KamAZ”ı aşıb, nəticədə 2000-ci il təvəllüdlü hərbçi Qriqor Qriqoryan həyatını itirib. Daha 7 hərbçi isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Baş verənlərin təfərrüatlarını öyrənmək üçün araşdırma aparılır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti