Tank bölmələrinin döyüş hazırlığı yoxlanılır - VİDEO

   Tank bölmələrinin döyüş hazırlığı yoxlanılır -    VİDEO
  17 Noyabr 2022    Oxunub:183
2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarında “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılır.

https://youtu.be/m2vVR0HLVic


Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər çalışmalar üzrə məqbulları yerinə yetirirlər. Noyabrın 24-dək davam edəcək yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyən ediləcək.

AzVision.az

Teqlər:







Xəbər lenti