"Gəncləri Qarabağa sərmayələr qoymağa təşviq etməliyik"

   "Gəncləri Qarabağa sərmayələr qoymağa təşviq etməliyik"
  17 Noyabr 2022    Oxunub:606
"Gənc sahibkarları Qarabağ iqtisadi zonasına sərmayələr qoymağa təşviq etməliyik. Erməni işğalından öncə olduğu kimi Qarabağ onlarla çiçəklənəcək və inkişaf edəcək".
AzVision.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Əhməd Kavrsa Sengendo Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, gənclərin biliklərini gücləndirmək, sosial iqtisadi statusunu təkmilləşdirmək üçün səylər göstərməliyik.

"Gənclərin istəklərini və arzularını reallaşdırmaq üçün nələr etmək lazım olduğunu öyrənməliyik. İslam ölkələrinə çağırış edirəm ki, Startap Fondu təşkil etsinlər və gənc sahibkarlara yardım etsinlər, gənc sahibkarlar öz fikirlərini reallaşdıra bilməlidir. Enerji təminatı və internetə çıxışla bağlı problemlər onların sahibkarlıq fəaliyyətinə təsir göstərir".

Ə.Sengendo qeyd edib ki, bir çox sahibkarlar gender, sosial statusuna görə ayrı-seçkiliyə məruz qalır. O bildirib ki, İslam Əməkdaşlıq təşkilatı ölkələrində bu təsirlər daha çox hiss olunur:

"Bir çox islam ölkələri geniş iqtisadiyyata, gənc əhaliyə, zəngin ehtiyatlara baxmayaraq, gözəl fəaliyyət göstərə bilmirlər. Biz müvafiq sahələrin inkişafına dəstək verməliyik. Biz sərmayələrin təşviqi, qorunması və irəli aparıması üçün müvafiq təsisatları yaratmalıyıq. Bir çox İslam ölkələrində ticarət şərtlərinin asanlaşdırılması və maliyyələşdirilməsi üçün müəyyən işlər görməliyik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti