"Müasir texnologiyalar insanları əvəz edir"

   "Müasir texnologiyalar insanları əvəz edir"
  17 Noyabr 2022    Oxunub:652
"Gənclərin təşəbbüskarlığı və innovatlığı olduqca vacibdir. Ölkəmizdə bu istiqamətdə ardıcıl və kompleks tədbirlər görülür, iqtisadi və sosial sahədə islahatlar həyata keçirilir".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev İnvestisiya və Gənc Sahibkarlar Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Əmək bazarına uyğun gələcəyin peşə və ixtisasları ilə bağlı araşdırma aparılır və işəgötürənlərin tələbləri öyrənilir:

"Məlumdur ki, texnologiyanın inkişafı ilə kənd təsərrüfatı və emal sektorunda məşğulluq imkanları azalır. Bu gün müasir texnologiyalar insanları əvəz edir. Buna görə də startap layihələrinin, xidmət sektoruna aid peşələrin dəstəklənməsi və bu sahədə məşğulluğun yaradılması vacib məsələlərdəndir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti