Ərdoğanla Netanyahu arasında telefon danışığı olub

   Ərdoğanla Netanyahu arasında telefon danışığı olub
  17 Noyabr 2022    Oxunub:458
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Likud Partiyasının lideri, Baş nazir vəzifəsinə potensial namizəd Benyamin Netanyahu arasında noyabrın 17-də telefon danışığı olub.
AzVision.az "CNN Türk"ə istinadən bildirir ki, B.Netanyahu Türkiyə liderinə zəng edib.

O, noyabrın 13-də İstanbulun İstiqlal prospektində törədilən terrror aktında ölən və yaralananlara görə, R.T.Ərdoğana başsağlığı verib.

B.Netanyahu eyni zamanda, Türkiyənin Rusiya və Ukrayna rasında həyata keçridiyi vasitəçiliyin dünya üçün önəmli olduğunu vurğulayıb.

R.T.Ərdoğan başsağlığına görə, B.Netanyahuya təşəkkür edib. Türkiyə Prezidenti iki gün öncə İordan çayının qərb sahilində baş verən hadisələrdən kədərləndiyini söyləyib.

AzVision.az


Teqlər:





Xəbər lenti