"Traktoru təyyarə sürəti ilə sürürdüm" - Lukaşenko - VİDEO

   "Traktoru təyyarə sürəti ilə sürürdüm" -    Lukaşenko - VİDEO
  17 Noyabr 2022    Oxunub:865
Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərə gəncliyində MTZ-50 traktorunu 280 km/saat sürətlə sürməsindən danışıb.
“MTZ-50 traktoru mənim ilk təcrübəm idi. İstənilən sürətlə sürə bilərsiniz! Düzünü desəm, onu dairəvi yolda saatda 280 kilometr sürətlə sürdüm və onun havaya qalxa biləcəyindən qorxdum, təyyarə belə sürətlə qalxır və enir",-deyə prezident kənd təsərrüfatı texnikasının sürətləndirilməsi üzrə şəxsi rekordları haqqında danışıb.

Qeyd edək ki, zavodun texniki göstəricilərinə əsasən, MTZ-50 Belarus traktorunun maksimal mümkün sürəti 33 km/saat təşkil edir.



AzVision.az


Teqlər:





Xəbər lenti