Polis 7 yaşlı uşağın bıçaqlanmasını araşdırır

  Polis 7 yaşlı uşağın bıçaqlanmasını araşdırır
  17 Noyabr 2022    Oxunub:428
Polis Bakıda 7 yaşlı uşağın bıçaqlanmasını araşdırır.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, hadisə ilə bağlı müvafiq polis bölməsi tərəfindən araşdrıma aparılır. Daxil olan məlumat üzrə ilkin əməliyyat axtarış tədbirləri həyata keçirilir. Hadisə Qanbay Vəzirov küçəsində dilənçilik və tüfeyli həyat tərzi sürən şəxslərin yaşadığı məhəllədə qeydə alınıb. Bıçaqlanan 2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Artur oğlu Yevlax rayon sakinidir.
***
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

AzVision.az "APA"ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarında qeydə alınıb.

2015-ci il təvəllüdlü A. Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:







Xəbər lenti