"Rusiya ilə yükdaşımaların həcmində də yaxşı dinamika görürük"

   "Rusiya ilə yükdaşımaların həcmində də yaxşı dinamika görürük"
  18 Noyabr 2022    Oxunub:178
“Biz yükdaşımaların həcmində də yaxşı dinamika görürük. Tranzit yüklərə gəldikdə isə, mənim fikrimcə, burada rekord göstəricilərə nail oluruq. Təqribən 50-60 faiz artım var və artım perspektivi böyükdür”.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü zamanı bildirib.

“Həmçinin tranzit-logistika infrastrukturu məsələsində, ilk növbədə, ikitərəfli əsasda və əlbəttə, qonşu ölkələr də cəlb edilməklə qarşılıqlı əməkdaşlıq potensialını artıracağıq. Ona görə ki, Rusiya və Azərbaycan uzun illər boyu ölkələrimizdə nəqliyyat-logistika infrastrukturuna fəal surətdə sərmayə qoyublar. Nəqliyyat dəhlizlərinin, ilk növbədə, Şimal-Cənub dəhlizinin potensialının artırılması bu layihədə iştirak edən bütün ölkələrin maraqlarına uyğun olacaq, o cümlədən biznes üçün əlavə perspektivlər açacaq”, Prezident bildirib.

AzVision.az

Teqlər:







Xəbər lenti