Bir küçənin tarixi FOTOLARDA

Bir küçənin tarixi FOTOLARDA
  09 Aprel 2013    Oxunub:6771
28 may küçəsi Bakının ən məşhur küçələrindən biridir. 1887-ci ildə burada Bakıda ilk telefon köşkü qoyulduğu üçün küçə “Telefonnaya” adlanırdı.
XX əsrin əvvəllərində bura Bakının kənar küçəsi idi və kasıblar məhəlləsi sayılırdı. 1913-cü ildə “Romanov prospekti” adını alır. 1918-ci ildə Azərbaycan müstəqil olanda küçəyə mühəndis Vilyam Lindleyin adını verirlər. 1923-cü ildə bura “28 Aprel küçəsi” olur.

1934-cü ildə həmin küçədəki iki məşhur bina istifadəyə verilir – bu gün onlardan biri “Nizami” kinoteatrı, o biri isə “Azərtac”ın yerləşdiyi binadır.

1967-ci ildə Bakı metropoliteni yaradılır və küçənin başında “28 aprel” stansiyası tikilir. 1991-ci ildə həm küçə, həm də stansiyanın adı dəyişdirilib “28 may” qoyulur.

Qalereya




Teqlər:  





Xəbər lenti