“PSJ” Ronaldonu almaq fikrindən daşınmayıb

“PSJ” Ronaldonu almaq fikrindən daşınmayıb
  19 Noyabr 2022    Oxunub:721
Fransanın "Paris Saint-Germain" klubu hələ də qış transfer pəncərəsində paytaxt komandasına qoşula biləcək "Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldo ilə maraqlanır.
Bu barədə idman jurnalisti Florian Plettenberq məlumat yayıb. Eyni zamanda, PSJ-nin müşaviri Luis Kampos portuqaliyalının transferinin məqsədəuyğunluğundan şübhələnir, çünki o, komandanı ixtisar etmək və onu gəncləşdirmək niyyətindədir.

Mətbuatda yayılan xəbərlərə görə, Ronaldu klubdakı vəziyyətə və baş məşqçi Erik ten Haqa, “Mançester Yunayted” və digər klubların oyunçularına münasibəti, həmçinin şəxsi münasibətləri barədə açıq danışdığı qalmaqallı müsahibəsindən sonra “Mançester Yunayted”də qalmayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti