U-21 yığmamızdan biabırçı məğlubiyyət

U-21 yığmamızdan biabırçı məğlubiyyət
  20 Noyabr 2022    Oxunub:629
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan U-21 yığmamız bu gün növbəti beynəlxalq yoldaşlıq oyununa çıxıb.
AzVision.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv isveçli həmyaşıdları ilə qarşılaşıb və 1:8 hesabı ilə uduzub. Yığmamızın heyətində Mustafa Yıldırım (44-cü dəqiqə) fərqlənib. İlk hissə İsveçin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Rəqib sonrakı 6 qolu 70-ci dəqiqədən sonra vurub.

Xatırladaq ki, üç gün öncə yığmamız Macarıstanın U-21 komandasına 0:3 uduzub.

20 noyabr

İsveç U-21 - Azərbaycan U-21 - 8:1

Qollar: Oskar, 18 (1:0), Price 23-pen (2:0), Mustafa Yıldırım, 44 (2:1), Qiqoviç, 70 (3:1), Rosenqren, 72 (4:1), Faraj, 86 (5:1), Lahdo, 88 (6:1), Faraj, 90 (7:1), 90+3 (8:1)
AzVision.az


Teqlər:





Xəbər lenti