"Həm Bayden, həm də Putin zərbələr endirmə ehtimalımızı yaxşı bilirlər" - Ərdoğan

   "Həm Bayden, həm də Putin zərbələr endirmə ehtimalımızı yaxşı bilirlər" -    Ərdoğan
  21 Noyabr 2022    Oxunub:265
"Türkiyə Suriya və İraqda terrorçuların hədəflərinə zərbə endirmək planları ilə bağlı ABŞ və ya Rusiyanı xəbərdar etmir".
Bunu prezident Rəcəb Tayyib Ərdoğan Qətərdə keçirilən dünya çempionatının açılışında onu müşayiət edən jurnalistlərə müsahibəsində deyib.

Balidə ABŞ prezidenti Co Baydenlə şəxsi görüşdə, eləcə də Rusiya lideri Vladimir Putinlə söhbətlərində Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları mövzusunun qaldırılıb-qaldırılmaması ilə bağlı suala Ərdoğan belə cavab verib:

“Biz nə cənab Bayden, nə də cənab Putinlə əməliyyatlar mövzusunu müzakirə etməmişik. Eyni zamanda, həm Bayden, həm də Putin Ankaranın mövqeyini və hər an bu bölgəyə zərbələr endirmə ehtimalımızı yaxşı bilirlər”.

O bildirib ki, Türkiyənin xüsusi xidmət orqanları və hüquq-mühafizə orqanları heç bir ölkənin icazəsi əsasında fəaliyyət göstərmir.

“Hansı addımların atılacağına Türkiyə özü qərar verir. Amerikalılar bu barədə bilməlidirlər. Düşünürəm ki, onlar artıq başa düşüblər. Bütün tərəflər tezliklə Türkiyənin yeni mühüm addımlarının şahidi olacaqlar”.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti