Kardaşyanın keçmiş əri prezidentliyə namizəd olacaq

    Kardaşyanın keçmiş əri prezidentliyə namizəd olacaq
  21 Noyabr 2022    Oxunub:562
Amerikalı reper, erməni əsilli porno ulduz Kim Kardaşyanın keçmiş əri Kanye Uest 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Bu barədə “The New York Post” sosial şəbəkələrdə yayılan videoya istinadən yazır.
"Bəli. Sadəcə ona görə ki, heç kim mənə "bunu deməlisən" və ya "bunu deməməlisən" deyə bilməz, bilirsənmi? Sadəcə, biz gələcəyə doğru irəliləyirik", - deyə reper ABŞ prezidentliyinə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

Xatırladaq ki, Uest 2020-ci ildə də prezident seçkilərinə qatılmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti