İstehlaka yararsız 66 ton qida məhsulu məhv edilib

İstehlaka yararsız 66 ton qida məhsulu məhv edilib
  21 Noyabr 2022    Oxunub:224
İstehlaka yararsız 66 ton 64 kq qida məhsulları məhv edilib.
Bu barədə AzVision.az -a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında Agentlik əməkdaşları tərəfindən ümumi çəkisi 66 ton 64 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AzVision.az

Teqlər:







Xəbər lenti