Fransalı siyasətçi: "Ölkə ordusu böyük sarsıntı içərisindədir"

      Fransalı siyasətçi:    "Ölkə ordusu böyük sarsıntı içərisindədir"
  21 Noyabr 2022    Oxunub:245
"Fransa ordusu böyük sarsıntl içərisindədir".
Bu barədə Fransa "Patriotlar" hərəkatının lideri, keçmiş Avropa Parlamentinin deputatı Florian Filippo deyib. Fransalı siyasətçi bunun səbəbini əsas silah arsenalının Kiyevə ötürülməsində görür.

Filipponun fikrincə, Ukrayna tərəfini silahlandırmaq yalnız müharibəni alovlandırır və Zaporojye atom elektrik stansiyasında ciddi nəticələrə səbəb ola bilər.

Bundan əvvəl Fransanın müdafiə naziri Sebastyan Lekornu qeyd edib ki, fransızlar öz dəyərlərini müdafiə etmək istəyirlərsə, Kiyevə silah ötürməli deyil, suverenliyin müdafiəsinə kömək etməlidirlər.

AzVision.az

Teqlər:







Xəbər lenti