Ronaldu cəzalandırıldı

 Ronaldu cəzalandırıldı
  23 Noyabr 2022    Oxunub:225
İngiltərə Futbol Assosiasiyası (EFA) "Mançester Yunayted"in sabiq hücumçusu Kriştianu Ronaldunu cəzalandırıb.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna portuqaliyalı forvardın "Everton"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqa matçından sonra yeniyetmənin telefonunu sındırması səbəb olub.

50 000 funt sterlinq məbləğində cərimələnən 37 yaşlı futbolçu həmçinin 2 oyunluq diskvalifikasiya edilib.

Ronaldu fanatın yanından keçərkən əli ilə onun telefonunu vuraraq, yerə salıb. Nəticədə autizmli uşağın telefonu sınıb.

Qeyd edək ki, "Mançester Yunayted" ötən gün Kriştianu Ronaldu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb. Ulduz futbolçu İngiltərənin başqa komandasına keçərsə, cəza tətbiq olunacaq.

AzVision.az

Teqlər:







Xəbər lenti