Ukrayna Rusiyanın 51 qanadlı raketini vurub

Ukrayna Rusiyanın 51 qanadlı raketini  vurub
  23 Noyabr 2022    Oxunub:518
Rusiyanın atdığı 70 qanadlı raketdən 51-i və 5 kamikadze dronu vurulub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Qeyd edilib ki, raketlər Rostov vilayətinin Volqodonsk şəhərindən və Xəzər dənizdən 10 ədəd “Tu-95MS” təyyarəsi, həmçinin Qara dənizdən 2 kiçik raket kateri vasitəsilə atılıb.

Bildirilib ki, Ukraynanın cənubunda 5 ədəd “Lancet” pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti