Son sutkada 41 nəfər koronavirusa yoluxub

Son sutkada 41 nəfər koronavirusa yoluxub
  25 Noyabr 2022    Oxunub:611
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb. Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 824 168 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 909 nəfər müalicə olunaraq sağalıb, hazırda 284 aktiv xəstə var. Bu günə qədər 9 975 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 802, bu günə qədər isə ümumilikdə 7 367 419 test icra olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti