“Qalan 900 gündə nəsə etməliyik” – Ruben Vardanyan

   “Qalan 900 gündə nəsə etməliyik” –    Ruben Vardanyan
  28 Noyabr 2022    Oxunub:1918
“İrəvanda kimi və nəyi izləyirsiniz, nəyi müzakirə edirsiniz, bilmirəm, amma bizdə vətən müharibəsi gedir. Qarabağlılar təhlükədədir və biz bunu öz biganəliyimizlə ən böyük təhlükəyə çeviririk”.
Bu sözləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki separatçı qurumun "dövlət naziri" Ruben Vardanyan videomüraciətində bildirib.

“Üzr istəyirəm, bəlkə də çox emosionalam, amma indiki böhranda dürüst olmağımızı, bir-birimizin gözünün içinə baxmağı və birbaşa danışmağımızı istəyirəm. Bizim yalana haqqımız yoxdur, biz hər şeyi adı ilə deməliyik. Böhran var. Ya mövcud 900 gün ərzində təhlükəsizlik məsələsini həll edəcəyik və bir yol tapacağıq ki, Qarabağda insanlar özlərini tənha və tərk edilmiş hiss etməsinlər, öz gələcəklərini burada görsünlər, ya da biz erməni dünyasının əsas sütunlarından birini itirəcəyik”,- Vardanyan bildirib.

AzVision.az

Teqlər: Qarabağ  







Xəbər lenti