“Qaraheybət” şəhidləri anıldı - FOTOLAR

   “Qaraheybət” şəhidləri anıldı -    FOTOLAR
  30 Noyabr 2022    Oxunub:378
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin ötən il “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların xatirəsi anılıb.
Bu münasibətlə noyabrın 30-da həlak olan hərbi qulluqçuların II Fəxri xiyabanda məzarları ziyarət edilib, məzarları önünə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar oxunub.



Anım mərasimində DSX-nın əməkdaşları ilə yanaşı, Milli Məclisin deputatları, rayon icra hakimiyyətlərinin nümayəndələri, həlak olanların doğmaları, məktəblilər, qazilər iştirak ediblər.



Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci il noyabrın 30-u saat 10:40-da hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu həlak olub, iki nəfər isə yaralanıb. (FOTO - AzərTac)





















Teqlər:







Xəbər lenti