Şuşa və Ağdamdakı mövqelərimiz atəşə tutub

   Şuşa və Ağdamdakı mövqelərimiz atəşə tutub
  30 Noyabr 2022    Oxunub:742
Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti