Ən azı toqquşma, ən çoxu yeni müharibə: Başqa yol qoymurlar... – Ədalət Verdiyevin yazısı

      Ən azı toqquşma, ən çoxu yeni müharibə:    Başqa yol qoymurlar... –    Ədalət Verdiyevin yazısı
  30 Noyabr 2022    Oxunub:1800
Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlar prosesinə Fransa prezidenti Emmanuel Makronu cəlb etmək niyyəti onsuz da həssas olan danışıqlar prosesini dalana dirədi. Nəticədə Azərbaycan Prezidenti İlham Əliyev planlaşdırılan görüşdən imtina etdi.
Rus pisməramlılarının son hadisələrdə statuslarına uyğun olaraq neytral və bitərəf qala bilməməsi, Azərbaycan ərazilərinin adlarını təhrif etməsi, atəşkəsdən sonrakı müddətdə ərazilərimizin intensiv şəkildə minalanmasına şərait yaratması, hər açılan gülləyə və ya yaralanan erməni silahlısına görə heç bir araşdırma aparmadan "erməni dili ilə danışması" və dərhal Azərbaycanı günahlandırması, erməni tərəfinin həm sərhəddə, həm Qarabağda atəşkəsi pozmasına reaksiya verməməsi, Laçın yolundan silah və hərbi təchizatın daşınmasına imkan yaratması, Ruben Vardanyanın separatçı qurumu yenidən formalaşdırmasına dəstək verməsi və s. kimi faktlar Azərbaycan üçün qəbuledilməzdir.

Məğlub Ermənistan sülh gündəliyinə dair danışıqlarda yeni və birgə Bəyanatda nəzərdə tutulmayan şərt irəli sürür, rus kontingenti isə bizi rəqib gözündə görürsə, bu, artıq Azərbaycanı işğalçını və zəmanətçini üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmələri üçün alternativ axtarmağa vadar edir.

Çox həssas və qeyri-sabit sülhün alternativi isə minimal variantda toqquşma, maksimal variantda müharibə ola bilər. Mövcud gərginliyinin azaldılması üçün Ermənistan və rus kontingenti real addımlar atmasalar, baş verə biləcək eskalasiyaya görə məsuliyyəti də üzərlərinə götürməlidirlər.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az

Teqlər: Qarabağ   Atəşkəs  







Xəbər lenti