Ukraynada könüllü döyüşən rus tərbiyəçi öldürülüb - FOTOLAR

Ukraynada könüllü döyüşən rus tərbiyəçi öldürülüb -    FOTOLAR
  01 Dekabr 2022    Oxunub:884
Ukraynada Rusiya ordusunun daha bir könüllüsü öldürülüb. AzVision.az xəbər verir ki, Vyaçeslav Quryanov adlı döyüşçü bədən tərbiyəsi müəllimi imiş.
"Vyaçeslav tərbiyəçi olsa da, ukraynalıları öldürmək üçün könüllü döyüşçü kimi vuruşmaq qərarına gəlib. 46 yaşı olan Quryanov Orenburq vilayətində yaşayıb və 8 il doğulduğu məktəbdə bədən tərbiyəsi müəllimi işləyib. O, sonradan “Teremok” yetkinlik yaşına çatmayanların sosial reabilitasiya mərkəzində tərbiyəçi kimi çalışıb. Onu noyabrın 15-də məhv ediblər", - Araşdırmaçı jurnalist İrakli Komaxidze sosial şəbəkələrdə yazıb.




Tural Tağıyev
AzVision.az



Teqlər: Könüllü  





Xəbər lenti