Pelenin vəziyyəti ağırdır: Kimyaterapiya kömək etmir

 Pelenin vəziyyəti ağırdır:  Kimyaterapiya kömək etmir
  03 Dekabr 2022    Oxunub:644
Futbol üzrə üçqat dünya çempionu, Braziliya millisinin əfsanəvi hücumçusu Pelenin bədəni artıq bağırsaq xərçəngi ilə bağlı kimyaterapiyaya cavab vermədiyi üçün ona palliativ yardım müalicəsi tətbiq edilir.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Palliativ yardımın məqsədi həyatı üçün təhlükə yaradan və ya sağalmaz bir xəstəliklə üzləşmiş xəstələrin əzablarının qarşısını almaq və onları yüngülləşdirməkdir.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib

AzVision.az
.

Teqlər: Pele  







Xəbər lenti