Peskov Zelenskinin “İlin adamı” elan edilməsindən danışdı

    Peskov Zelenskinin “İlin adamı” elan edilməsindən danışdı
  08 Dekabr 2022    Oxunub:531
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Amerikanın “Time” jurnalı tərəfindən "İlin adamı" kimi tanınmasına münasibət bildirib. Onun fikrincə, belə bir qərar rusofobiya xarakteri daşıyır.
“Bu halda biz görürük ki, nəşrin redaksiya xətti tamamilə anti-Rusiya və azğın şəkildə rusofob xarakter daşıyan ümumavropa əsas axınından kənara çıxmır”, -Kremlin sözçüsü “Time”nin Ukrayna prezidentini ilin adamı adlandırmaq qərarını şərh edərkən bildirib.

Xatırladaq ki, Amerikanın “Time” jurnalı Ukrayna prezidenti Vladimir Zelenskini “İlin adamı” elan edib.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti