Yellicə: İblis əli dəyən Cənnət – FOTOLAR

      Yellicə:    İblis əli dəyən Cənnət –    FOTOLAR
  09 Dekabr 2022    Oxunub:2128
Qumur dağına və Şərqi Göyçə dağ silsiləsinin şimal hissəsinə, yəni Kəlbəcərdən Qərbi Azərbaycana gedən yol cənnətməkan Yellicə kəndindən keçir.


“Yellicə” oykonimi (toponimin versiyasıdır) türkçədən "yelli", yəni "küləkli yer" mənasına gəlsə də, silsilənin çökək qismində yerləşdiyi üçün qar və tufan ondan yan keçir.


Cəmi bir neçə kilometr qərbdə yerləşən qarlı yüksəkliklərə baxmayaraq, Yellicənin özünün xüsusi mikroiqlimi mövcuddur.



İşğal illərində düşmən tərəfindən yerlə bir edilən Yellicə təpələrdə terras prinsipi ilə tikilən evləri, daha dəqiq olsaq, onların qalıqları, kənd ərazisindən keçən buzlu bulağı və zəngin florası ilə diqqət çəkir. Amma necə deyərlər, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır...






Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qarabağ   Kəlbəcər   Yellicə  





Xəbər lenti