Mediamızın Ümidəsi - FOTOSESSİYA

  10 Aprel 2013    Oxunub : 2011
Mediamızın Ümidəsi - FOTOSESSİYA
AzVision.az saytı unikal və maraqlı bir layihə təqdim edir – biz sizi Azərbaycan jurnalistikasının ən gözəl xanımları ilə tanış edirik. Gözəl olan onların təkcə qələmləri deyil!
İyirminci qonağımız iki TV və iki radiodan tanıdığınız Ümidə Həsənovadır.

Həsənova Ümidə Qəhrəman qızı 1983-cü il may ayının 21-də Qarabağın Xocavənd rayonunda anadan olub. Uşaqlıq illəri Sumqayıt şəhərində keçib. 2000-ci ildə Sumqayıt şəhər 13 saylı orta məktəbini bitirib. Deyir, ağlı kəsəndən jurnalist olmağl arzulayıb. Bu sahə üzrə ali təhsil alıb, eləcə də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin radio-televiziya ixtisası üzrə magistr dərəcəsini bitirib.

Ümidə jurnalist fəaliyyətinə 2005-ci ildən başlayıb. Həmin il müsabiqə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə işə qəbul edilib. İlk dəfə İctimai radioda efirə çıxıb, eləcə də İTV-də süjetlər hazırlayıb.

2007-ci ildə ANS telekanalında işə başlayıb. 5 ilə yaxın “Salam, Azərbaycan” verilişində çalışıb. 2011-ci ilə yenidən radioya - mikrofon qarşısına keçən Ümidə bu dəfə yeni fəaliyyətə başlayan “Araz” radiosunda aparıcılıq edib.

2012-ci ildən “New Baku Post” qəzetinin mədəniyyət yazarıdır.

Çəkilişdə göstərdikləri köməyə görə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə və Mərdəkan Dendrarisinə təşəkkürümüzü bildiririk.

Foto


Teqlər: